Onlayn marketinq kimi də adlandırılan rəqəmsal marketinq, internetdə baş verən bütün marketinq fəaliyyətlərinə aid edilir. Şirkətlər ,mövcud və potensial müştərilərlə əlaqə yaratmaq üçün axtarış motorları, (search engines) sosial media, e-poçt , veb-sayt,mobile app , kontent ,multimedia mesajları və.s kimi rəqəmsal kanallardan istifadə edirlər.
Digital (Rəqəmsal) marketinq niyə vacibdir?
1.Səylərinizi yalnız məhsul və ya xidmətinizi satın alma ehtimalı yüksək olan müştərilərə yönəldə bilirsiniz.
2.Ənənəvi marketinq üsullarından daha səmərəlidir.
3.Qısa vaxt ərzində öz sahənizdəki böyük brendlərlə rəqabət aparmağa imkan yaradır.
4.Ölçülə biləndir. (vebsayt trafiki, kontent performansı,sosial media reklamları və.s)
5.Strategiyasını uyğunlaşdırmaq və dəyişdirmək daha asandır.
6.Dönüşüm nisbətinizi və potensial müştəri bazanızı artıra bilər.
7.Digital marketinqin hər mərhələləsində daha geniş auditoriya cəlb edə bilərsiniz.